Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub.

17.10.2016 09:51     Dünyadan reaksiya     1172

Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, tərəflər “Normand formatı” çərçivəsində keçirilən məsləhətləşmələrin yekunlarını müzakirə ediblər.

“Söhbət zamanı 4 ölkənin (Ukrayna, Almaniya, Fransa və Rusiya) müşavirlər səviyyəsində keçirdiyi son məsləhətləşmələr müzakirə olunub. Minsk razılaşmalarına dair “yol xəritəsinin” tərtibində Ukrayna-Fransa-Almaniya üçlüyünün qarşılıqlı əlaqələri yüksək qiymətləndirilib. Növbəti telefon danışığının gələn həftə baş tutacağı planlaşdırılır. Söhbət zamanı "Normand” formatında növbəti sammitin keçirilmə perspektivləri müəyyən ediləcək”, - deyə məlumatda qeyd olunub.

 

Reaksiya.az

Şərhlər