Səddamın tərəfdağrları İŞİD-ə qarşı savaşa başladı

18.10.2016 15:41     Dünyadan reaksiya     1160

Mosulda fəaliyyət göstərən Nəqşibənd ordusu ilə İŞİD arasında ixtilaf yaranıb.
 
Axar.az xəbər verir ki, buna səbəb İŞİD lideri Əbubəkr Bağdadinin biət tələbi olub. Bundan imtina edən sünni qruplaşma təşkilata qarşı aktiv mübarizəyə başlayıb.
 
Son günlərdə iki qruplaşma arasında yaranan qarşıdurmalarda onlarla terrorçunun öldürüldüyü bildirilir.
 
Nəqşibənd ordusu Mosulun müdafiəsindən də imtina edib. Təşkilat İraq ordusu və peşmərgəyə qarşı döyüşməyəcəyini açıqlayıb.
 
Xatırladaq ki, Mosulda ən güclü sünni qruplaşma olan Nəqşibənd ordusu Səddam Hüseynin “sağ əli” İzzət İbrahim Əl-Duri tərəfindən yaradılıb və döyüşçülərin böyük əksəriyyəti BƏƏS hərəkatının üzvləridir. Təşkilat 2014-cü ildə Mosulun işğalında İŞİD-ə böyük yardım edib.
 
 

Şərhlər