Rusiya ən çox Asiya və Yaxın Şərqə silah göndərib
22.07.2015 18:37 Dünyadan reaksiya 2133
Rusiyanın ən böyük dövlət şirkətlərindən olan “Rostex”in keçən il ən çox Asiya və Yaxın Şərq ölkələrinə silah ixracatı həyata keçirdiyi bildirilib. Şirkətin açıqladığı hesabata görə, Rusiyadan ən çox silah alan ölkələr isə Hindistan, Çin və İraq olub.
Cəmi 59 ölkəyə silah ixracatı həyata keçirildiyi bildirilən 2014 – cü ilin hesabatında, hərbi təchizat göndərilən ölkə və bölgələr aşağıdakı kimi sıralanıb:
Hindistan (25%),
Çin (22%),
İraq (22%),
Suriya (5%),
Venesuela (5%)
Asiya (75%),
Latın Amerikası (9%)
Yaxın Şərq (7%).
Keçmiş Sovetlər Birliyi ölkələrinə ixrac aşağı düşüb
Digər tərəfdən “Rostex”in keçmiş Sovetlər Birliyi ölkələrinə reallaşdırdığı silah ixracatının 1.5 milyard dollardan 370 milyon dollara düşdüyü bildirilib. Hesabatda o da qeyd olunub ki, ABŞ-ın Rusiyanın müdafiə sektorunu hədəf alan sanksiyalarının şirkətə birbaşa heç bir təsiri olmayıb.
Şərhlər