Ankarada terror aktı törətmək istəyən İŞİD-çi məhv edilib
19.10.2016 11:59 Dünyadan reaksiya 981
Ankarada keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşmasının üzvü olmaqda şübhəli bilinən bir nəfər öldürülüb.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ahmet B. adlı həmin şəxs Türkiyə paytaxtında terror aktı törətməyi planlaşdırırmış.
Məlumata görə, 1992-ci ildə Türkiyənin Adana şəhərində dünyaya gəlmiş, Diyarbakırda qeydiyyatda olan Ahmet B. adlı Türkiyə vətəndaşı terrorçu-kamikadze imiş. O, təhlükəsizlik qüvvələrinin əmrinə tabe olmayıb və müqavimət göstərib. Polis atəş açmaq məcburiyyətində qalıb və həmin şəxsi zərərsizləşdirib.
Onun yaşadığı mənzildə böyük miqdarda partlayıcı maddə aşkarlanıb.
Şərhlər