Alman sənayesi gözünü İrana dikib

22.07.2015 18:59     Dünyadan reaksiya     2084

İrana tətbiq olunan sanksiyaların aradan qaldırılması, Almaniya iqtisadiyyatı üçün də yeni biznes məkanı mənasına gəlir. Almaniya İqtisadiyyat naziri Sigmar Gabriel həmin imkanları araşdırmaq üçün bu gün Tehrana gedir.

Almaniyanın İqtisadiyyat naziri Gabriel Tehran rəhbərliyi ilə əldə olunan nüvə razılaşmasından sonra İranı ziyarət edən ilk yüksək səviyyəli avropalı siyasətçi olacaq. Gabrielin üç günlük səfər zamanı İran prezidenti Həsən Ruhani ilə də görüşü gözlənilir. İqtisadiyyat naziri Gabriel İranlı nazir, sənayeçi və iş adamları da görüşlər keçirəcək.

Gabriel almaniyalı iş adamı və sənayeçilərdən ibarət geniş bir nümayəndə heyəti ilə bu ölkəyə səfər edir. Bunların arasında Alman Sənaye və Ticarət Palatasının sədri Eric Schweitzer də var.

Alman iqtisadiyyatı, iqtisadi sanksiyaların qalxmasıyla birlikdə İran ilə milyardlarla euroluk iş razılaşmaları etməyi ümid edir. Alman Sənaye və Ticarət Odaları Birliyinin (DIHK) rəqəmlərinə görə Almaniyanın İrana etdiyi ixracat 2014-ci ildə 2,39 milyard avro olan ixracat üç ilə dörd ildə 10 milyard euronun üzərinə çıkartılabilecek.

Qeyd etmək lazımdır ki, İranda hal-hazırda 80 alman şirkəti fəaliyyət göstərir.

Şərhlər

Çox oxunanlar