Türkiyədə terrorçularla atışmada 2 hərbçi şəhid olub, 5-i yaralanıb

20.10.2016 11:49     Dünyadan reaksiya     1126

Türkiyənin Hakkari əyalətində ordu qüvvələri ilə PKK terrorçuları arasında baş verən atışmada 2 hərbçi şəhid olub, 5-i yaralanıb.
 
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə əyalətin Çukurca rayonunun Güvendağı bölgəsində oktyabrın 20-də səhər saatlarında baş verib.
 
Qeyri-rəsmi mənbələrin məlumatına görə, atışma nəticəsində 21 terrorçu zərərsizləşdirilib.
Bölgədə terrorçulara qarşı əməliyyatlar davam edir. Türkiyə Silahlı Qüvvələrinin döyüş təyyarələri əraziyə havadan zərbələr endirib.
 
 

Şərhlər

Çox oxunanlar