Əsəd getsə, Suriyada xaos yaranacaq - Rusiya

20.10.2016 23:25     Dünyadan reaksiya     1023

Rusiya Hərbi Hava Qüvvələri ilə Suriya ordusunun Hələbdəki fəaliyyəti beynəlxalq koalisiyanın Mosulda yürütdüyü əməliyyatlara bənzəyir. Yəni eyni mahiyyət daşıyır. Dinc sakinlərin təhlükəsizliyi, bombardmanların dayandırılması və hərbçilərlə mülki şəxslərin təxliyyəsi nəzərdə tutulur.
 
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko deyib.
 
Matvienko qeyd edib ki, Bəşər Əsədin postundan getməsi Suriyada xaoa səbəb ola bilər:
 
“Liviya və İraq ssenarilərinin təkrarlanmasına yol verə bilmərik”.
 
Qeyd edək ki, Fransa lideri Fransua Olland Rusiya və Əsəd rejiminin Hələbdə müharibə cinayətləri törətdiyini bildirmişdi.
 
 

Şərhlər