Kərkükdə terror aktı törədilib, 16 nəfər ölüb
21.10.2016 12:24 Dünyadan reaksiya 1095
İraqın şimalında yerləşən Kərkük bölgəsində törədilən terror aktı nəticəsində azı 16 nəfər ölüb.
"Report" "Al-Arabiyya"ya istinadən xəbər verir ki, iki terrorçu-kamikadze əyalətin şimal-qərbində yerləşən elekrostansiyada özlərini partladıblar.
Məlumata görə, onlar əvvəlcə stansiyaya hücum etmək istəyiblər, buna nail ola bilmədiklərindən özlərini partladıblar.
BMT-nin hesabatına əsasən, bu ilin sentyabrında İraqda mindən çox insan zorakılığın qurbanı olub, 1100 nəfər isə xəsarət alıb.
Şərhlər