Putin Donbasda sülhməramlıların yerləşdirilməsinə razılıq verdi

21.10.2016 13:30     Dünyadan reaksiya     889

Rusiya prezidenti Vladimir Putin ATƏT-in sülhməramlı missiyasının, Almaniyanın bu beynəlxalq təşkilatda iştirakı nəzərə alınmaqla, Donbasda yerləşdirilməsi ideyasını dəstəkləyib.

Avropa.info xəbər verir ki, bu barədə “Normand dördlüyü”nün görüşünün nəticələri barədə jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

“ATƏT-in missiyasının yerləşdirilməsi həqiqətə uyğundur, Putin danışıqlar zamanı buna razılığını verib” – Kreml nümayəndəsi belə deyib.

Peskov qeyd edib ki, Rusiya məsələnin həllini sürətləndirmək üçün Almaniyanın ATƏT-dəki sədrliyindən səmərəli istifadə etməyə çağırır.

 

Reaksiya.az

Şərhlər