Rusiyanın namizədi vuruldu

22.10.2016 21:42     Dünyadan reaksiya     1113

Moldova prezidentliyinə namizəd İnna Popenko seçkidən uzaqlaşdırılıb.
 
Axar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Popenko seçicilərin satın alınmasında və qeydə alınmayan maliyyə vasitələrindən istifadədə günahlandırılıb. Belə ki, məhz onun komandası seçki öncəsi kampaniya zamanı ölkənin aztəminatlı ailələrinə sosial maqazinlərdə istifadə etmək üçün xüsusi bank kartları paylayıblar.
 
Qeyd edək ki, Popenko Bərabərlik Partiyasından prezidentliyə namizəddir. Bu partiya rusiyayönlülüyü ilə tanınır. Partiyanın rəhbəri İlan Şor Rusiyanın Moldovadakı ən etibarlı dayaqlarından biri sayılır. Şor hazırda ev dustağıdır.
 
Moldovada prezident seçkisi oktyabrın 30-da keçiriləcək. 
 
 

Şərhlər