ABŞ polisinin irqçiliyi növbəti dəfə müzakirə edilir: İntihar, yoxsa cinayət? - VİDEO

22.07.2015 20:58     Dünyadan reaksiya     2637

ABŞ-ın Texas əyalətində siqnal vermədiyi üçün onu dayandıran polisi təhqir etdiyinə görə həbs edilən qaradərili qadının kamerasında ölü olaraq tapılması ölkədəki irqçilik mübahisələrini təkrar alovlandırıb.

Sandra Bland adlı 28 yaşındakı qaradərili qadın 10 iyul günü siqnal vermədiyinə görə polislər tərəfindən dayandırılıb. Onu dayandıran polisləri təhqir etdiyinə görə həbs edilən Bland üç gün sonra saxlanıldığı kamerada ölü olaraq tapılmışdı. Gənc qadının, zibil torbasından istifadə edərək özünü asdığı ​​iddia edilmişdi.

Blandın ölümü haqqında çərşənbə axşamı günü istintaq başladılıb. Ancaq ailəsi Blandın intihar etməsi ilə bağlı açıqlamanı qəbul etmir. Qızlarının yeni bir işə girdiyi üçün çox xoşbəxt olduğunu ifadə edən ailə, Blandın intihara meyilli olduğu iddialarını da qətiyyətlə rədd edib.

 

Səni məhv edərəm!

 

Digər tərəfdən Texas polisi Blandın həbs olunduğu tarixə aid 52 dəqiqəlik bir video görüntünü paylaşıb.

Bland ilə onu dayandıran əyalət polisi Brian Encinia arasındakı danışıqların da yer aldığı video görüntüdə, Blandın ona siqaretini söndürməsini deyən polisə etiraz etdiyi görülür. Videoda Encinianın Blandı zorakılıqla maşından çıxarmağa çalışdığı və gənc qadına elektro şok silahını göstərərək "Səni məhv edərəm" - dediyi də eşidilir. Görüntülərə görə, polis məmuru Encinia, Blandın "Məni niyə həbs edirsiniz?" sualına heç cavab da vermir.

 

“Bland həbs olunmamalı idi”

 

Video materialı araşdıran vəkillərə görə, Bland həbs olunmamalı idi. Amerikalı rəsmilər Encinianın nəzarət protokolunu pozduğuna gör vəzifəsindən uzaqlaşdırıldığını deyirlər.

Şərhlər