İŞİD terrorçuları İraqda əczaçılıq zavodunu yandırıblar

23.10.2016 12:31     Dünyadan reaksiya     982

İŞİD terrorçuları İraqın Naynava əyalətinin inzibati paytaxtı Mosul yaxınlığındakı  əczaçılıq müəssisəsini yandırıblar. 
 
APA-nın xəbərinə görə, bu barədə “Sputnik”ə əyalətdəki mənbə bildirib.   
 
“Bu zavod 2007-ci ildə ISO sertifikatı alıb və şimal regionda ən yaxşı müəssisə sayılırdı”, - deyə mənbə qeyd edib.   
 
Qeyd edək ki, Mosulun terrorçulardan azad edilməsi əməliyyatı oktyabrın 17-dən davam edir.  
 
 

Şərhlər

Çox oxunanlar