Kanada İran qarşısında şərt qoydu
23.10.2016 12:35 Dünyadan reaksiya 1020
Kanada İranla əlaqələri yaxşılaşdırmağa səy göstərir, ancaq Tehrandan əsas insan hüquq və azadlıqlarına riayət etməyi tələb edir.
APA-nın məlumatına görə, bunu “Diplomat & International Canada” nəşrinə müsahibəsində Kanadanın xarici işlər naziri Stefan Dion bildirib.
S. Dion deyib ki, Kanada İranın terrorçu qruplaşmalarla əlaqələri dayandırmasına və Kanadanın müttəfiqlərinə, o cümlədən İsrailə təhdidə son qoymasına çalışır. Kanadanın xarici işlər naziri iki ölkə arasında diplomatik münasibətlərin dayandırılmasının heç bir tərəf, o cümlədən qlobal təhlükəsizlik üçün müsbət nəticəsi olmadığını vurğulayıb. S. Dion sanksiyaların ləğvinin münasibətlərin bərpası yönündə atılmış addımlardan biri olduğunu qeyd edib.
Qeyd edək ki, İranı terrorçuları maliyyələşdirən ölkə elan edən Kanada 2012-ci ilin sentyabrında Tehranla diplomatik əlaqələri dayandırıb və həyatlarına təhlükə olmasını əsas gətirərək İrandakı diplomatlarını geri çağırıb. Eyni zamanda Ottavadakı İran diplomatlarına ölkəni tərk etməsi üçün 5 gün vaxt verib.
Şərhlər