Kerri ilə Lavrov Hələblə bağlı razılığa gəldi
25.10.2016 00:34 Dünyadan reaksiya 963
ABŞ Dövlət Katibi Con Kerri ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Hələbdəki böhranlı vəziyyətin həll yolu ilə bağlı fikir mübadiləsi aparıblar.
Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb.
“ABŞ-ın müxalif qüvvələri terrorçulardan ayırmaq üçün lazımi öhdəlikləri yerinə yetirməsinin vacibliyi qeyd edildi. Tərəflər Hələbdəki dramatik vəziyyətin yoluna qoyulması ilə bağlı razılığa gəliblər. Lavrov Hələbdəki silahlı qrupların mülki şəxslərə atəş açdığını da xüsusi vurğulayıb”, - açıqlamada bildirilib.
Qeyd edək ki, Vaşinqtonun tələbi ilə görüşün baş tutduğu bildirilib.
Şərhlər