Keniyada partlayış olub, 12 nəfər ölüb
25.10.2016 14:08 Dünyadan reaksiya 1003
Keniyanın Somali və Efiopiya ilə sərhəddə yerləşən Mandera şəhərində əcnəbilər üçün hoteldə baş verən partlayışda ən azı 12 nəfər həlak olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə yerində xilasetmə işləri həyata keçirilir. Artıq dağıntılar altından on nəfər çıxarılıb. Polis hotelin binasına partlayıcı tələ quraşdırılmasından çəkinir.
Hücumun "Əl-Şabab" terror qrupu tərəfindən törədildiyi güman edilir.
Şərhlər