Ukraynada ermənilərlə gürcülər arasında silahlı insident nəticəsində iki nəfər ölüb

25.10.2016 22:35     Dünyadan reaksiya     951

Ukraynanın Melitopol şəhərində ermənilərlə gürcülər arasında silahlı insident baş verib. APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, şəhər mərkəzindəki "Coker" kafesinin yaxınlığında 6 nəfərin mübahisəsi atışma ilə nəticələnib.
 
Məlumata görə, insident nəticəsində iki nəfər ölüb.  Onlardan birinin erməni, digərinin gürcü olduğu bildirilir.  
 
Hadisənin qadın üstündə törədildiyi bildirilir. Tərəflər bir-birinə tapançalardan atəş açıb. Ölənlər Zurab Onanizi və Staqis Badesaryandır.
 
 

Şərhlər

Çox oxunanlar