Türkiyədə hərbi hissələrin köçürülməsi başa çatdı
25.10.2016 23:48 Dünyadan reaksiya 1001
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra hərbi hissələrin böyük şəhərlərdən çıxarılması yekunlaşıb.
Axar.az xəbər verir ki, paytaxt Ankaradakı zirehli briqadalar Şərəflikoçhisar rayonuna daşınıb. 66 tank və 43 zirehli avtomobil dəmir yolu vasitəsilə Burdur vilayətinə göndərilib.
İstanbuldakı hərbi hissələrin də daşınması yekunlaşıb. Maltəpədəki 2-ci Zirehli Briqada Qəhrəmanmaraşa, 80 tank və 169 zirehli nəqliyyat vasitəsi isə Qaziantepə aparılıb.
İstanbulun Bağcılar rayonunda yerləşən 66-cı Mexanikləşdirilmiş Piyada Diviziyasından 40 tank Təkirdağa, 15 ədəd haubitsa və 158 zirehli avtomobil isə Sivasa göndərilib.
56 döyüş təyyarəsi Konya və Əskişəhərə yerləşdirilib.
Şərhlər