Polşa: “Rus ordusu Ukraynadan təcili çıxmalıdır”
26.10.2016 23:09 Dünyadan reaksiya 1099
Krım və Donbasın işğaldan azad olunması Avropada təhlükəsizliyin bərpası üçün əsas şərtdir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Polşa Müdafiə naziri Anton Matsereviç söyləyib. Onun sözlərinə görə, Rusiya ordusu təcili şəkildə Ukraynadan çıxarılmalıdır. O, Polşanın bundan sonra da Ukraynanı dəstəkləyəcəyini bəyan edib.
Qeyd edək ki, Krım Ukrayna ərazisidir və 2014-cü ilin martında Rusiya tərəfindən ilhaq olunub.
Şərhlər