Türkiyədə 73 hərbi təyyarəçinin tutulması üçün əməliyyat başladı

27.10.2016 13:37     Dünyadan reaksiya     878

Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində polis Türkiyənin 17 vilayətində əməliyyat aparır.
 
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, əməliyyatlarda məqsəd 73 hərbi təyyarəçinin tutulmasıdır.
 
Həmin hərbçilər terror təşkilatına üzv olmaqda, həmçinin silahlı qiyamda iştirakda təqsirləndirilirlər.
 
 
 

Şərhlər

Çox oxunanlar