Zəlzələ nəticəsində İtaliyada minlərlə adam evsiz qaldı
27.10.2016 13:43 Dünyadan reaksiya 1006
Mərkəzi İtaliyada baş vermiş son yeraltı təkanlardan sonra bir neçə min adam evsiz qalıb.
Bu barədə “RİA Novosti” məlumat verib.
Məlumata görə, zəlzələ ötən gün yerli vaxtla saat 19:11-də İtaliyanın mərkəzi hissəsində 5,4 bal gücündə baş verib. Zəlzələnin episentri Maçerata vilayətində 9 km dərinlikdə qeydə alınıb.
Daha sonra saat 21:18-də 5,9 bal gücündə, üçüncü titrəyiş gecə saatlarında 4,6 bal gücündə olub. Səhərə yaxın daha iki yeraltı təkan qeydə alınıb.
Məlumata görə, təxminən 2-3 min sakin evsiz qalıb. Evlər yaşamaq üçün tamimilə yararsız hala düşüb.
Şərhlər