Türkiyədə partlayış baş verdi

27.10.2016 13:46     Dünyadan reaksiya     993

Türkiyənin Bingöl şəhərində partlayış baş verib.

Virtualaz.org “CNN Türk”ə istinadən xəbər verir ki, hərbçilərin avtomobilinin yaxınlığında kustar üsulla hazırlanmış partlayıcı qurğu işə düşüb.

Hadisə nəticəsində serjant Lokman Darqın şəhid olub.

Partlayışın törədildiyi ərazidə geniş əməliyyat tədbirlərinə başlanıb.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar