ABŞ: “İŞİD Qərbə hücuma hazırlaşır”

27.10.2016 23:12     Dünyadan reaksiya     1092

İŞİD Qərb ölkələrinə hücuma hazırlaşır.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Amerikanın Suriya və İraqdakı qoşunlarının komandanı general-leytenant Stiven Taunsend söyləyib.
 
Onun sözlərinə görə, İŞİD-in hələlik məhz hansı ölkəyə hücum edəcəyi haqqında dəqiq məlumat yoxdur. O, İŞİD-in bununla bağlı planı Rakkada hazırladığını bildirib.
 
Qeyd edək ki, ABŞ rəsmiləri bundan öncə Mosuldan sonra əsas hədəfin Rakka olacağını açıqlayıb. 
 
 

Şərhlər

Çox oxunanlar