3-cü hərbi hava bazasında FETÖ əməliyyatı
27.10.2016 23:31 Dünyadan reaksiya 1110
Türkiyənin Konya şəhərində yerləşən 3-cü hərbi hava bazasında FETÖ əməliyyatı keçirilb.
Axar.az xəbər verir ki, ümumilikdə 74 hərbçi barəsində axtarış elan edilib. Əməliyyat zamanı onlardan 47-si həbs edilib. İkisi polkovnik olmaqla 29 hərbçi barəsində həbs qətimkan tədbiri seçilib. Digər 18 nəfər məhkəmənin nəzarəti altında sərbəst buraxılıb.
Qeyd edək ki, 15 iyul dövlət çevrilişinə cəhddən sonra 3-cü hava bazasının komandanı, general-mayor Haluk Şahar həbs edilmişdi. O, çevrilişə cəhd zamanı dörd F-16 qırıcısının havaya qalxması barədə göstəriş vermişdi.
Şərhlər