NATO-nun endirdiyi aviazərbə nəticəsində Əfqanıstanda 30 dinc sakin ölüb
04.11.2016 07:13 Dünyadan reaksiya 1152
NATO qüvvələrinin endirdiyi aviazərbə nəticəsində Əfqanıstanın Gündüz əyalətində azı 30 dinc sakin ölüb. Ölənlər arasında çoxlu sayda qadın və uşaqların olduğu bildirilir.
BBC-nin verdiyi xəbərə görə, aviazərbələr Əfqanıstan və ABŞ hərbçilərini mühasirəyə almış taliblərə qarşı nəzərdə tutulubmuş. Əfqanıstanın rəsmi qurumları açıqlamalarında bildiriblər ki, taliblərin gizlənmək üçün dinc sakinlərin evlərindən mövqe kimi istifadə etməsi əhali arasında itkilərə səbəb olub. Sakinlər zərbələrdən sonra etiraz aksiyası keçiriblər.
NATO insidenti araşdıracağını vəd edib.
Qeyd edək ki, Əfqanıstan və ABŞ hərbçiləri noyabrın 2-nə keçən gecə Gündüz əyalətində birgə əməliyyat keçirməyə başlayıblar. Döyüşlər zamanı 2 amerikalı hərbçi və 27 “Taliban” silahlısı ölüb.
Şərhlər