ABŞ İrana qarşı sanksiyaların müddətini uzadıb
04.11.2016 09:14 Dünyadan reaksiya 1138
ABŞ prezidenti Barak Obama1979-cu ildən İrana qarşı tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadılmasına dair qərar verib.
“İranla münasibətlərimiz hələlik normal həddə çatmayıb... Bu səbəbdən 1979-cu ilin noyabrın 14-də elan olunmuş sanksiyalar rejimi 2016-cı ilin noyabrın 14-dən sonra da davam etdirilməlidir. Bununla əlaqədar mən İrana qarşı sanksiyaların müddətini uzatmağa qərar verdim”, - deyə Obamanın məktubunda bildirilir.
Bundan əvvəl yayılmış məlumatda bildirilmişdi ki, ABŞ Konqresinin Nümayəndələr Palatası noyabrın sonunda İrana qarşı sanksiyalar haqqında qanunun daha 10 il müddətinə uzadılması məsələsinə baxacaq.
Şərhlər