Pakistanda gəmidə partlayış - 26 ölü

06.11.2016 15:51     Dünyadan reaksiya     1180

İraqın Sammara şəhərində baş verən partlayışın qurbanları arasında 10 iranlı zəvvar olub.

Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu İranın Həcc və Ziyarət Təşkilatının rəsmi nümayəndəsi Məhəmməd Cavad Daneşvar deyib.

Qeyd edək ki, İraqda ard-arda iki partlayış baş verib.

İlk partlayış Tikrit şəhərində baş verib. Terrorçu partlayıcı maddə ilə doldurulmuş təcili yardım maşınını partladıb.

Digər partlayış isə, Samarra şəhərində. Terrorçu-intiharçı özünü və maşınını şiə ziyarətgahlarının birinin yaxınlığında partladıb.

İki partlayış nəticəsində 39 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.

Şərhlər

Çox oxunanlar