Bağdadda törədilən silsilə partlayışlar nəticəsində 7 nəfər ölüb, 31 nəfər yaralanıb
07.11.2016 08:13 Dünyadan reaksiya 1117
İraqın paytaxtı Bağdadın bir neçə rayonunda törədilmiş silsilə partlayışlar nəticəsində 7 nəfər ölüb, 31 nəfər yaralanıb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar paytaxtın Əl-Beyyə, Əl-Hüseyniyyə, Əl-İska və Besmaya bölgələrində baş verib. Partlayışlara görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Şərhlər