Haitidə daşqınlar 10 nəfərin ölümünə səbəb olub

07.11.2016 09:22     Dünyadan reaksiya     1113

Son iki sutka ərzində Haitidə baş verən daşqınlar nəticəsində 10 nəfər ölüb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Haiti daxili işlər nazirliyinin nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə, 7 nəfər adanın şimalında yerləşən Kap-Etyen şəhəri, daha 3 nəfər isə ölkənin digər departamentlərində təbii fəlakətin qurbanı olub. Ölənlərin arasında uşaqların da olduğu bildirilir. Daşqınlar aramsız yağan yağışlar nəticəsində baş verib.

 

Qeyd edək ki, ötən ay Haitidə 1000-dək insan “Metyu” qasırğasının qurbanı olub.

Şərhlər