ABŞ çalxalanır: Trampa qarşı etirazlar artır

10.11.2016 13:06     Dünyadan reaksiya     1171

ABŞ-ın Nyu-York şəhərində ölkənin yeni seçilmiş prezidenti Donald Tramp əleyhinə keçirilən etiraz aksiyası zamanı polis 30 nəfəri saxlayıb.

Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

D.Trampa qarşı etiraz edən minlərlə sakin şəhər küçələrinə çıxaraq Trump Tower göydələninə qarşı yürüş keçirməyə cəhd göstərib.

Etiraz aksiyaları Çikaqo, Filadelfiya və Bostonda da keçirilib.

Xatırladaq ki, D.Tramp noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlib. Yeni seçilmiş prezident yanvarın 20-də inauqurasiyadan sonra vəzifəsinin icrasına başlayacaq. Demokratların namizədi Hillari Klinton isə seçicilərin yetərincə səsini toplaya bilməyərək öz məğlubiyyətini etiraf edib.

Şərhlər

Çox oxunanlar