Bolqarıstanın yeni prezidenti seçilib

14.11.2016 00:10     Dünyadan reaksiya     1596

Reaksiya.az AZƏRTAC-a istinadən bildirir ki, "Alfa Research" və "Gallup" sosial agentliklərin "exit-pol"larının nəticələrinə görə, noyabrın 13-də Bolqarıstanda keçirilən prezident seçkilərinin 2-ci turunda Rumen Radev 58,5 faiz səs toplayaraq qalib gəlib. Rəsmi olaraq Bolqarıstanın yeni prezidentinin adı gələn həftə açıqlanacaq. Buna baxmayaraq o, rəsmi olaraq vəzifəsini yanvar ayında, hazırkı prezidentin səlahiyyətləri bitdikdən sonra icra edəcək.

Şərhlər