Tramp: “Mühacirlər ABŞ-dan deportasiya ediləcək

14.11.2016 00:15     Dünyadan reaksiya     1491

“Üç milyonadək qeyri-qanuni mühacir ABŞ-dan deportasiya ediləcək”.

“Üç milyonadək qeyri-qanuni mühacir ABŞ-dan deportasiya ediləcək”. Publika.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti seçilən Donald Tramp CBS telekanalına müsahibəsində bəyan edib. “ABŞ-da qeyri-qanuni mühacir kimi yaşayan kriminal keçmişli şəxslər, narkotika alverçiləri, quldur dəstələrinin üzvləri deportasiya ediləcəklər. Belə insanların sayı çoxdur, təxminən 2-3 milyon nəfərdir. Mən bir daha qeyd etmək istəyirəm ki, söhbət ABŞ ərazisində qeyri-qanuni yaşayanlardan gedir”, deyə D.Tramp bildirib. O həmçinin mühacirlərin qarşısının alınması üçün ABŞ-Meksika sərhəddində divar çəkilməsinin zəruriliyini vurğulayıb.

Şərhlər