Nursultan Nazarbayev: "Astananın adı dəyişdirilməyəcək"

28.11.2016 15:39     Dünyadan reaksiya     881

Qazaxıstanın paytaxtı Astananın adı dəyişdirilməyəcək.

Reaksiya.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu haqda qərarı ölkə prezidenti Nursultan Nazarbayev verib.
 
Məlumata görə, ötən həftə Qazaxıstan parlamenti ölkənin müstəqilliyinin 25 illiyinə həsr edilən deklarasiya qəbul edib. Deklarasiyada bu illər ərzində ölkənin qazandığı uğurlar öz yerini tapıb. 
 
Bu sənəddə həm də ölkənin paytaxtının adının prezident N.Nazarbayevin şərəfinə dəyişdirmək tövsiyə olunub.
 
N.Nazarbayev isə telekanalların birinə verdiyi müsahibədə buna qarşı çıxıb. Ölkə preizdenti "Astana bir brenddir, onu dəyişməyə ehtiyac yoxdur", - deyə vurğulayıb.

Şərhlər