İŞİD - in əməliyyat məsulu təşkilatdan ayrılıb - VİDEO

23.07.2015 16:24     Dünyadan reaksiya     2033

İŞİD - in Sina bölgəsindəki əməliyyat məsulu Əbu Ömər əl Muhacirin İŞİD – dən ayrıldığı iddia olunub.

Misir ordusunun keçmiş zabitlərindən və İŞİD terroristlərinə bağlı Sina Vilayəti qrupunun əməliyyat məsulu Əbu Ömər əl Mühacir kimi bilinən Hişam əl Aşmavi “əl Murabitun” kimi  adlandırılan yeni bir təşkilat meydana gətirdiyini bildirilib.

“Əl Murabitun” hərəkəti çərşənbə günü Youtube vasitəsi ilə ilk şərhlərini səs yazısı kimi yayıblar. Şərhdə yeni yaradılmış təşkilatın lideri Əbu Ömər əl Mühacir kimi bilinən Hişam əl Aşmavi olduğu ifadə edilib.

"O gün möminlər sevinəcək" başlığının seçildiyi səs yazısı Əl Qaidə lideri Eymən əz Zevahirinin çıxışı ilə başlayır

Daha sonra bütün müsəlmanları, yaşanan haqsızlıqlara və zülmlərə cavab cihada dəvət edən Əbu Ömər əl Mühacir, Sisini və Misir ordusunu tövbə etməyə dəvət edib.

Xatırladaq ki, 2014-ci ildə Misirli aktivist İsmail əl İskenderani bloq yazısında Əbu Ömər əl Mühacir kimi bilinən Hişam əl Haşmavi haqqında bunları yazmışdı:

"Hişam əl Haşmavi Misir ordusunun keçmiş zabitlərindəndir. Ordudan mayor rütbəsi ilə tərxis olunduqdan sonra İŞİD - ə “beyət edərək” hazırda adı Sina vilayəti olan Ənsaru Beytil Makdis qrupunun əməliyyat məsulu təyin edilmişdir. Farafra əməliyyatın memarıdır. Sentyabr ayında Süveyş kanalı döyüşündə xilas olmağı bacarıb. Hətta Kermul Kavadis hücumunun altında onun barmağı olma ehtimalı çox yüksək bir ehtimaldır".

Şərhlər