BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi: - Hələbdə durum olduqca ağırdır

30.11.2016 09:28     Dünyadan reaksiya     1236

BMT-nin Suriya üzrə xüsusi elçisi döyüşlərin intensivləşməsi ilə əlaqədar olaraq daha çox sakinin şəhəri tərk etdiyi bir vaxt Hələbin gələcəyi ilə bağlı bədbin proqnozlarını ifadə edib.

"Karabakh Today"in BBC-nə istinadən verdiyi xəbərə görə Avropa Parlamentində açıqlama verən Steffan de Mistura deyib: “Açığı, hərbi əməliyyatların intensivləşdirildiyi faktını inkar edə bilmərəm və Hələbin şərq hissəsinin bu vəziyyətə nə qədər davam gətirəcəyini deyə bilmərəm. Hərbi baxımdan gərginliyin artdığı müşahidə edilir.”

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura

 

Bu xəbərdarlıq Suriya hökumət qüvvələrinin 16 min şəhər sakininin Hələbi tərk etməsilə nəticələnmiş hücumundan sonra verilir. BMT minlərlə daha çox insanın evlərini tərk etmək məcburiyyəti qarşısında qalacağını təxmin edir.

Hələbin şərq hissəsinin bu vəziyyətə nə qədər davam gətirəcəyini deyə bilmərəm

 

Döyüşlərin intensivləşdirilməsi nəticəsində mülki əhali öz evlərini heç bir götürmədən tərk edir. BMT-nin humanitar məsələlər üzrə baş katibi Stiven Obrayan bu vəziyyəti “təhlükəli və qorxulu” adlandırıb.

Hələb sakinləri şəhəri tərk edir

Hələb sakinləri şəhəri tərk edir

 

Dörd aydan artıqdır Suriya hökumətinin mühasirəsi altında olan Hələbin şərq hissəsi iki həftədir ordu tərəfindən bombardmanlara məruz qalır. Suriya ordusu bazar gününə keçən gecə şəhərin əsas rayonunun nəzarətini ələ keçirib.

Qərargahı Britaniyada yerləşən Suriyada İnsan Hüquqlarını Müşahidə qrupu üsyançıların nəzarətində olan Bəb Əl-Nayrab rayonunda keçirilmiş hava hücumları nəticəsində 10 mülki vətəndaşın həlak olduğunu bildirib.

Hələb Rusiyanın hava hücumlarının dəstəyi ilə Suriya hərbi qüvvələrinin əməliyyatlarının əsas hədəfidir. Beynəlxalq ictimaiyyət Suriya hökumət qüvvələrinin mühasirəsi nəticəsində ərzaq və tibbi yardıma ehtiyacı olan 250 min mülki vətəndaşın ilişib qaldığı Hələbdə vəziyyətlə əlaqədar naharatlığını bildirib.

"Karabakh Today"

Şərhlər