Çavuşoğlu: Türkiyənin Suriya ilə bağlı hədəfi...

01.12.2016 14:35     Dünyadan reaksiya     1250

Türkiyə Suriyanın İŞİD terror təşkilatından tamamilə təmizlənməsini qarşısına hədəf qoyub.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, türk ordusu məhz bu məqsədlə Suriya ərazisindədir.

O deyib: “Lakin biz hesab edirik ki, Suriyada siyasi sabitlik təmin olunmayana qədər terror təhlükəsini aradan qaldırmaq mümkün olmayacaq. Biz Suriyada sabitlyin bərqərar olmasını Əsəd hökuməti olmadan görürük. Bu məsələdə bizim Rusiya ilə mövqeyimiz fərqlənir. Amma bəzi məsələlərdə yanaşmaların fərqlənməsi normaldır”.

Şərhlər