Qambiya: 22 il ölkəyə başçılıq edən prezident seçkilərdə məğlub olub
03.12.2016 15:41 Dünyadan reaksiya 1433
Qambiyanın hazırkı prezidenti Yahya Jammeh seçkilərdə məğlub olub, ölkə seçki komissiyasının başçısı Alieu Momar Njie bildirib. O elan edib ki, prezident seçkilərində müxalifət nümayəndəsi Adama Barrow qalib gəlib.
Komissiyanın məlumatlarına görə, Barrow seçicilərin 45,5 faiz səsini qazanıb, Yahya Jammeh-nin lehinə isə seçicilərin 36,7 faizi səs verib.
Ölkəni 22 il idarə edən Yahya Jammeh hələ ki seçkilərin nəticələrinə dair heç bir bəyanat verməyib.
Cümə günü axşam onun öz rəqibini təbrik edəcəyi və Qambiya xalqına müraciətlə çıxış edəcəyi gözlənilir.
"Bu, çox unikal bir haldır ki, bu qədər uzun müddət dövləti idarə edən şəxs öz məğlubiyyətini etiraf edir", - seçki komissiyasının başçısı qeyd edib.
51 yaşlı Yahya Jammeh prezident postunu 1994-cü ildən tutur. O, 1965-ci ildən ölkəni idarə edən prezident Dawda Kairaba Jawara-nı devrildikdən sonra hakimiyyətə gəlib.
Prezident Jammeh müxalifətin, jurnalistlərin və gey-toplumun təqib edilməsinə görə hüquq müdafiəçilərinin tənqidinə məruz qalıb.
Şərhlər