Fidel Kastronun külü dəfn edilib

04.12.2016 17:57     Dünyadan reaksiya     1258

Kuba inqilabının lideri Fidel Kastronun külü dəfn edilib.

 

Reaksiya.az -ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə “Telesur” telekanalı məlumat yayıb.

F. Kastronun külü Santyaqo-de-Kubanın Santa-İfiqeniya məzarlığında dəfn edilib. Kuba Dövlət Televiziyası dəfn mərasimindən canlı yayım verməyib.

Qeyd edək ki, dünən Kuba lideri Raul Kastro bildirib ki, sadə, təvazökar dəfn mərasimi keçiriləcək.

Şərhlər

Çox oxunanlar