Putin: Birqütblü dünya yaratmaq səyləri baş tutmadı

04.12.2016 18:37     Dünyadan reaksiya     1290

Rusiya prezidenti Vladimir Putin birqütblü dünya yaratmaq səylərinin uğursuzluğa düçar olduğunu, dünya arenasında balansın bərpa olunduğunu bildirib.
 
APA-nın məlumatına görə, V. Putin NTV telekanalında Azərbaycan əsilli jurnalist İradə Zeynalovanın aparıcısı olduğu “Həftənin yekunları” proqramına müsahibəsində deyib ki, vəziyyət dəyişir.
 
Rusiya prezidenti nəzərə çatdırıb ki, artıq bir çox tərəfdaş ölkələr Rusiya ilə beynəlxalq hüquq prinsipləri ilə davranmağa üstünlük verir, çünki dünyada balans bərpa olunur: “Rusiya öz milli maraqlarını qoruyaraq başqalarının da maraqlarına hörmətlə yanaşır”. 

Şərhlər

Çox oxunanlar