İtaliyada referendum: konstitusiya islahatlarının əleyhdarları qalib gəlib

05.12.2016 13:33     Dünyadan reaksiya     1119

İtaliyada keçirilən referendumda səslərin hesablanması başa çatıb. Konstitusiya islahatlarının əleyhdarları 20 faiz səs çoxluğu ilə qalib gəlib.

AZƏRTAC xəbər verir ki, xarici KİV-lərdə yayılan məlumata görə, ümumxalq səsverməsinə çıxarılan qanun layihəsi 2014-cü ildə Matteo Rensi hökuməti tərəfindən irəli sürülmüşdü və parlamentdə, demək olar, iki il idi baxılırdı. Təklif edilən layihə əsasən Senatın rolunun və funksiyalarının dəyişdirilməsini nəzərdə tuturdu. Bu məsələ ölkənin əsas qanununda dəyişikliklə bağlı olduğundan referendum təyin edilmişdi.

İtaliya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, “yox” cavabı seçicilərin 59,11 faizinin, “hə” cavabı isə 40,89 faizinin səsini toplayıb. Referendumda iştirak 65,47 faiz təşkil edib.

Siyasi taleyini referendumun nəticələri ilə bağlayan Baş nazir Matteo Rensi qanun layihəsinin iflasa uğramasının məsuliyyətini üzərinə götürüb və istefa ərizəsini sabah ölkə prezidentinə təqdim edəcəyini bildirib.

Şərhlər