Xalq Şoyquya da inanır
24.07.2015 11:01 Dünyadan reaksiya 2179

Rusiyada xalqın böyük əksəriyyəti Vladimir Putinin prezident olaraq gördüyü işlərdən məmnundur.
Rusiyalı müstəqil sosial araşdırma mərkəzi “Levada Center”in son anketinə görə Rusiya vətəndaşlarının 87% - i, Putinin fəaliyyətindən və izlədiyi siyasətdən məmnun olduğunu dilə gətirib. Rusiya baş naziri Dmitriy Medvedevin işlərindən məmnun olan vətəndaşları faizi isə 65 % - dir.
Araşdırmanın nəticələrinə görə, rusların sadəcə 12 % - i prezidentin görüdüyü işlərdən məmnun deyil. Baş nazir Medvedevdən məmnun olmayanların faizi təxminən 33 % civarındadır.
Rusiya hökumətinin işlərindən məmnun olanların faizi 58% kimi hesablanarkən, məmnun olmayanlar vətəndaşların faizi 41% - i keçmir. Xalqın 50% - i Rusiya parlamentinin alt qanadı Dumanın fəaliyyətini yüksək qiymətləndirib, geriyə qalan 48% isə narazılığını bildirib.
Eyni anda sorğuda iştirak edən vətəndaşlardan ən çox güvəndikləri siyasətçilər haqqında soruşulub. İlk sırada yenə Rusiyanın prezidenti Vladimir Putin olub. Belə ki, Putinə güvənən vətəndaşların faizi 64% civarında olub. İkinci yerdə isə müdafiə naziri Sergey Şoyqu qərarlaşıb.
Şərhlər