Rusiya Berluskonini qızıla qərq edəcək - İDDİA

24.07.2015 11:14     Dünyadan reaksiya     2352

İtaliyanın baş naziri Silvio Berlusconinin iddialarına görə Rusiya prezidenti Vladimir Putin ona iqtisadiyyat naziri vəzifəsini təklif edib.

Reaksiya.az xarici mətbuata istinadən bildirir ki, İtaliyada 3 dəfə baş nazir seçilən və müxtəlif cinayətlərə görə 2 il seçkilərdə iştirakı qadağan olunan Berluskoninin Rusiya lideri Vladimir Putindən iş təklifi aldığı irəli sürülüb. Partiyası Forza İtalia üzvləri ilə axşam yeməyində görüşən keçmiş İtaliya baş naziri iddia edib ki, V. Putin ona Rusiya vətəndaşlığına keçməyi təklif edib. Təklif bu qədər sadə də deyilmiş. Həm də keçmiş İtaliya baş naziri Rusiyada iqtisadiyyat naziri vəzifəsinə də gətiriləcək.

Berluskoni sözlərini belə yekunlaşdırıb: "İtaliyada cani kimi qəul olunuram. Rusiya isə ayağımın altına qızıl səpməyə hazırdır".

Şərhlər