Narışkin: “Əslində Ukrayna 1991-ci ildə Krımı ilhaq etmişdi”
24.07.2015 11:22 Dünyadan reaksiya 2646
Rusiya Dumasının sədri Sergey Narışkin Sovetlər Birliyinin dağılmasından sonra Ukraynanın Krımı ilhaq etdiyini irəli sürüb.
Moskvada Fransız millət vəkilləri ilə bir araya gələn Narışkin Krımlılar böyük hissəsinin Ukrayna suverenliyində yaşadıqları illərdə özlərini xarici torpaqlarda hiss etdiklərini ifadə edib.
Krımda yaşananları öyrənmək məqsədi ilə yarımadanı ziyarət etmək istəyən fransız parlamentindən heyət əvvəl Moskvaya gəlib. Burada heyət Duma sədrinin Narışkin ilə görüşüb.
Yığıncaqda çıxış edən Narışkin krımlıların 23 il ərzində Rusiya ilə birləşmə xəyali ilə yaşadıqlarını ifadə edib. Narışkin bildirib ki, krımlıların çoxu Ukrayna suverenliyi altında yaşayarkən belə özlərini həmişə xarici kimi hiss ediblər: “Əminəm ki, siz Krıma getdiyiniz zaman bu danışdıqlarımı orada yaşayan xalqın ağzıdan da eşidəcəksiniz. Əslində Ukrayna 90 – cı illərdə Kırımı ilhaq etmişdi".
Şərhlər