İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 54 nəfərə çatıb

07.12.2016 12:21     Dünyadan reaksiya     1241

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 54 nəfərə çatıb.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, 52 nəfər zəlzələnin episentrinə yaxın olan Pidicaya, 2 nəfər isə Biryoen vilayətində ölüb. 
 
Daha 78 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
 
Xatırladaq ki, 6,5 bal gücündə zəlzələ bu gün səhər Sumatranın şimal hissəsində baş verib. 
 

Şərhlər

Çox oxunanlar