Tramp: “ABŞ bu dağıdıcı siyasətinə son qoymalıdır”
07.12.2016 12:23 Dünyadan reaksiya 1463
ABŞ-ın yeni prezidenti Donald Tramp digər ölkələrdəki xarici müdaxilə siyasətinə son verəcəyini, bütün gücünü bundan sonra terrorla mübarizəyə yönləndirəcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, Şimali Koralina ştatındakı çıxışı zamanı Müdafiə Nazirliyinə təqaüdçü general Ceyms Mattisi namizəd göstərdiyini bildirərən Tramp xarici siyasəti ilə bağlı bir çox açıqlamalar verib.
O, ABŞ-ın xarici ölkələrdəki qarşıdurmalara müdaxilə etməyindənsə, terrorla mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb:
“Barəsində heç nə bilmədiyimiz xarici rejimləri devirməyə son verib, gücümüzü terroru, İŞİD-i məhv etməyə yönəltməliyik. Bu məqsədlə yola çıxan hər bir ölkə ABŞ-ın ortağı sayılacaq. Köhnə dostluqlarımızı gücləndirib, yeni dostluqlar qurmaq istəyirik. Tarixdən aldığımız dərslə sabitliyi saxlamaq istəyirik. Artıq bu dağıdıcı xarici müdaxilə siyasətinə və xaosa son verilməlidir”.
Şərhlər