Kanadanın baş naziri ağladı - VİDEO

08.12.2016 13:52     Dünyadan reaksiya     1428

Kanadanın baş naziri Kastin Truda qatıldığı verilişlərin birində göz yaşlarına hakim ola bilməyib.
 
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, suriyalı miqrantla bir televiziya proqramına iştirak edib.  Peşəsi həkim olan suriyalı ailəsi ilə birlikdə ötən il Kanadaya qəbul edilib.
 
Suriyalı miqrant verilişdə Kanadaya ayaq basdığı ilk gün baş nazirin onu qarşıladığını və əlini sıxaraq: "Evinizə xoş gəldiniz", -  dediyini xatırladıb. 
 
Kastin miqrantın danışdıqlarını dinləyərkən kövrəlib. O, masadakı salfeti alaraq göz yaşlarını silib. Baş nazirin bu görüntüsü internetdə minlərlə insan tərəfindən paylaşılıb.
 

Şərhlər