“Ən Nüsrə” döyüşçüləri Hələbi tərk etmək istədiklərini açıqlayıblar
08.12.2016 17:53 Dünyadan reaksiya 1258
“Ən Nüsrə” qruplaşmasının döyüşçüləri Suriya hakimiyyətindən onların Hələbdən təxliyə edilməsi ilə bağlı xahiş edib.
APA-nın “İzvestiya”ya istinadən verdiyi məlumata görə, Suriyaordusu qruplaşma döyüşçülərin mövqelərinə güclü zərbələr endirib.
“Ən Nüsrə” üzvləri şimal dəhlizi vasitəsi ilə Hələbi tərk etməyə razılıq veriblər. Müvafiq müraciət yerli “Al-Manar” telekanalı vasitəsi ilə döyüşçülərin vasitəçiləri tərəfindən səsləndirilib.
Hökumət qüvvələri qarşı tərəfin Hələbdəki mövqelərinə hücuma hazırlaşır.
Qeyd edək ki, hökumətə qarşı vuruşan döyüşçülərin bir qrupu çərşənbə günü şəhərin mərkəzi hissəsindən açıq dəhliz vasitəsi ilə çıxıb. Hələbin tarixi hissəsi də hökumət qüvvələrinin nəzarətinə keçib. Şəhərin şərq hissəsinə artıq dinc sakinlər qayıtmağa başlayıb. Şəhərin cənub və cənub-şərq hissəsi Suriya ordusuna qarşı vuruşanların nəzarəti altında qalır.
Şərhlər