“Dondurulmuş münaqişələri aradan qaldırmaq lazımdır” - Çavuşoğlu

08.12.2016 21:08     Dünyadan reaksiya     1061

"Terror təhlükəsindən əlavə, Dağlıq Qarabağda, Moldovada və Gürcüstanda dondurulmuş münaqişələri aradan qaldırmaq lazımdır".
 
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında deyib.
 
Onun sözlərinə görə, bu münaqişələr uzun müddətdir davam edir və təşkilata inamı azaldır və əməkdaşlığa xələl gətirir.
 
Türkiyəli nazir həmçinin Ukraynanın ərazi bütövlüyünün bərpası üçün çağırış edib.

Şərhlər