Zəlzələ İndoneziyada 12 minə yaxın binaya ziyan vurdu

09.12.2016 12:55     Dünyadan reaksiya     1183

İndoneziyada dekabrın 7-də baş vermiş zəlzələ nəticəsində 12 minə yaxın bina zərər görüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İndoneziyanın Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarənin operativ mərkəzinin əməkdaşı Yuyun Yuhana deyib.
 
O qeyd edib ki, bu günə olan vəziyyətə əsasən ümumilikdə 11 730 tikiliyə ziyan dəyib. Onlardan 2929-da dağıntılar qeydə alınıb.
 
Zəlzələ nəticəsində 102 nəfər ölüb, 136 ağır, 616 nəfər isə yüngül xəsarət alıb.

Şərhlər

Çox oxunanlar