Trampın Tayvanla bağlı fikirləri ABŞ-la Çin arasında qalmaqala səbəb olub
12.12.2016 13:32 Dünyadan reaksiya 1208
Donald Trampın Tayvan adası ilə bağlı söylədikləri ABŞ-la Çin arasında qalmaqala səbəb olub.
APA-nın “CNN”ə isitinadən verdiyi xəbərə görə, D. Tramp adanın Çinin bir hissəsi olduğunu şübhə altına alıb.
“Mən “Vahid Çin” siyasətini tam anlayıram. Anlamadığım məqam odur ki, əgər biz Çin ilə ticarət də daxil olmaqla, bir sıra məsələlər üzrə razılaşma əldə etmiriksə, o zaman niyə “Vahid Çin” siyasətinə özümüzü bağlı hesab etməliyik?”, - deyə Tramp vurğulayıb.
ABŞ-ın yeni prezidenti Çin hakimiyyət orqanlarını əsəbiləşdirmək niyyətində olmadığını açıqlayıb, bununla yanaşı onları ticarət və Şimali Koreyanın nüvə proqramına təsir etməklə, danışıqlara çağırıb.
Çinin dövlət “Global Times” qəzeti isə bu fikirlərə görə Trampı “xarici siyasətdən anlayışı olmayan uşaq” adlandırıb: “Vahid Çin” siyasəti satın alına bilməz. Görünən odur ki, Tramp yalnız biznesdən anlayır və inanır ki, hər şeyin qiyməti var. O düşünür ki, əgər kifayət qədər güclüdürsə, o zaman güclə hər şeyi alıb sata bilər”.
Nəşr həmçinin əlavə edib ki, Donald Tramp “Vahid Çin” siyasətinə dəyişiklik etmək istəsə, o zaman iki ölkə arasında “həqiqi böhran “ yaşanacaq.
Qeyd edək ki, “Vahid Çin” siyasəti ABŞ prezidenti Riçard Niksonun Çinə tarixi səfərindən sonra icra olunmağa başlayıb və iki ölkə arasında qurulan diplomatik əlaqələrin təməli hesab edilir.
Şərhlər