Azay Quliyev Makedoniyada keçirilən seçkiylə bağlı bəyanatla çıxış edib

12.12.2016 19:21     Dünyadan reaksiya     1297

Reaksiya.az xəbər verir ki, ATƏT PA-nın Seçki Müşahidə Missiyasının rəhbəri Azay Quliyev bu gün Makedoniyanın paytaxtı Skopyedə mətbuat konfransı keçirərək 11 dekabr parlament seçkilərinin nəticələri barədə bəyanatla çıxış edib. Azay Quliyev onlara həvalə edilən mandat daxilində hər hansı problem olmadan və effektiv fəaliyyət göstərdiklərini deyib: “Apardığımız müşahidələrin nəticələrinə əsasən, xüsusi kordinator Roberto Battellinin söylədikləri ilə həmfikirəm. Müşahidələr əsasən müsbət və bəzi hallarda qeyri-müsbət məqamlarla xarakterizə olunan qarışıq mənzərəni göstərdi. Misal üçün, biz, vaxt azlığı şəraitində “seçki mexanizminin” yaxşılaşdırılması istiqamətində konkret addımların və səylərin atılmasını gördük. Buna nail olmaq istənilən ölkədə çətindir. Bununla belə, irəliləyiş qeydə alındı. “Seçki mexanizminə” aid əsas çətinliklər o cümlədən Dövlət Seçki Komissiyasının fəaliyyəti ilə bağlıdır. Digər müsbət məqamlar seçicilərin qeydiyyatı, şikayət və apellyasiya proseduru ilə bağlıdır. Qeyd olunan istiqamətlər üzrə əldə olunan irəliləyiş davam etməlidir. Media, seçkilərin təşkili, məhkəmə sistemi kimi vacib sahələr üzrə əldə olunan irəliləyiş aşağı səviyyədə olub və hansı bunlar Przino Anlaşmasında da nəzərdə tutulmuşdu.
Seçki günündə yüksək seçici fəallığının olduğunu vurğulayan Azay Quliyev bu halın seçicilərin ölkədə uzun müddətdir ki, davam edən siyasi böhrana son qoyulmasını istədiklərinin, eləcə də ölkələri və gələcək nəsillər üçün daha yaxşı gələcək arzuladıqlarının göstəricisi olduğunu bildirib: “Mən siyasi gücləri və bütün maraqlı tərəfləri seçicilərin bu açıq səsinə qulaq asmağa çağırıram, çünki onlar cəmiyyətin gözləntisinə hörmətlə yanaşmalıdırlar. Müsbət məqamlar və qazanılan nəticələr ümumiləşdiriləcək davamlı mexanizmə çevrilməlidir. Bir az əvvəl qeyd etdiyim ki, xüsusilə media və məhkəmə hakimiyyəti sahəsində mövcud olan çatışmazlıqların aradan qaldırılması və bu sahələrdə köklü islahatların aparılması istiqamətində aidiyyatı qurumlar iş görməlidirlər. Bu cəmiyyətin bütün sektorları arasında qarşılıqlı inam və etibarlığın möhkəmləndirilməsinə kömək edəcək. Nəhayət, ən əsası, siyasi güclər iddia etdikləri kimi sahib olduqları siyasi müdrikliyi nümayiş etdirməlidirlər”.
ATƏT-in vitse-prezidenti Azay Quliyev siyasi güclərin əldə olunmuş proqresin itirilməməsi üçün daxili və xarici siyasət prioritetləri üzərində mövqelərini yaxınlaşdırmasının vacibliyini qeyd edib: “Yekunda, mən bir daha vurğulamaq istərdim ki, indi məsuliyyət siyasi partiyaların üzərinə düşür. Vətəndaşların səsi eşidilməlidir. Gözlənilən bu addım siyasi partiyaların əldə etdikləri mandatından düzgün istifadə edilməsi və bizim tövsiyyələrimizin həyata keçirilməsi kimi qiymətləndiriləcək”.

Şərhlər